Belarus rəsmisi: Bakı bu konqresi çox yüksək səviyyədə təşkil edir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə 8–10 oktyabr tarixlərində Bakıda Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresi keçirilir.
Sportify.az xəbər verir ki, Belarus Üzgüçülük Federasiyasının prezidenti Olqa Stepus Bakıda keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb.
“Bakı şəhəri konqresi qəbul edir və Belarus Respublikası 2021-ci ildən bəri ilk dəfə olaraq Avropa Aquatics konqresində iştirak edir. Bu, o deməkdir ki, biz bu gündən etibarən Avropa su idman növləri ailəsinin tamhüquqlu üzvüyük, Avropa su ailəsinin qərarvermə prosesində iştirak edirik.
Bu gün konqresdə müzakirə olunan gündəmə gəldikdə, o, Belarus Respublikasının su idman növlərinin inkişafı istiqamətindəki mövqeyi ilə tam üst-üstə düşür. Buna görə də qeyd etmək istərdim ki, Bakı bu konqresi çox yüksək səviyyədə təşkil edir, Avropa üzgüçülük və su idman növləri ailəsinə su idman növlərinin inkişafı ilə bağlı əsas məqsədləri həll etmək üçün imkanlar yaradır”.
Bahar Rüstəm



No Comment! Be the first one.