“Qarabağ”ın futbolçusu ilk dəfə milliyə dəvət aldı
“Qarabağ”ın vingeri Aleksey Kaşuk Ukrayna millisinin heyətinə dəvət alıb.
Sportify.az xəbər verir ki, baş məşqçi Andrea Maldera UEFA Millətlər Liqasının noyabrda keçiriləcək oyunları üçün 25 futbolçuya dəvət göndərib.
Ağdam təmsilçisinin üzvü Aleksey Kaşuk da siyahıda yer alıb. 25 yaşlı futbolçu karyerasında ilk dəfə Ukraynanın əsas milli komandasına çağırılıb.
Ukrayna millisi noyabr ayında Millətlər Liqasının əsas mərhələsində son iki oyununu keçirəcək. Komanda Şimali İrlandiya və Gürcüstan yığmaları ilə qarşılaşacaq.



No Comment! Be the first one.