999 oyunluq tarixin 99 qollu bombardiri
“Neftçi”nin Azərbaycan çempionatlarındakı ən yaxşı bombardiri Samir Ələkbərovdur.
PFL-dən Sportify.az-a verilən məlumata görə, 999 matçdan ibarət tarixdə böyük üstünlük qazanan hücumçu 99 dəfə rəqib qapılarına yol tapıb.
“Neftçi” Qəbələdə 999-u 1000-ə çevirəcəksə, ən yaxşı bombardiri karyerasını bitirdiyi vaxtadək 99-u 100-ə dəyişə bilməyib.
200-dən çox futbolçunun qol vurduğu “Neftçi”nin çempionatdakı ikinci ən yaxşı bombardiri Qurban Qurbanovdur.
Uzun illərdir “ağ-qaralar”ın əsas rəqibi “Qarabağ”ın baş məşqçisi olan sabiq qoleador 66 dəfə rəqiblərinin, o cümlədən indiki komandasının da qapısına yol tapıb.
“Neftçi”nin ilk qolunun müəllifi olan Yunis Hüseynov isə bu siyahıda hələlik 3-cüdür. Amma 58 qola malik futbol veteranı Emin Mahmudovun “nəfəsini hiss edir”. İndiki kapitan keçmiş kapitandan 2 top geridədir.



No Comment! Be the first one.