Azərbaycanda ayrılıb Afrika klubuna keçdi
Ötən mövsüm “Karvan-Yevlax”ın formasını geyinən Mise Nqvisaninin yeni klubu müəyyənləşib.
Sportify.az xəbər verir ki, almaniyalı müdafiəçi karyerasını Afrikada davam etdirəcək.
Nqvisani Liviyanın “Əl-Bəşayir” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, futbolçu ötən mövsüm Misli Premyer Liqasında “Karvan-Yevlax”ın heyətində 27 oyunda iştirak edib.



No Comment! Be the first one.