Futbolçu məşq vaxtı rollerin altında qaldı - VİDEO
İngiltərə millisinin sabiq futbolçusu Andros Taunsend Tayland çempionatında keçirdiyi oyunöncəsi isinmə zamanı qeyri-adi hadisə ilə üzləşib.
Sportify.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “PT Prakuap”ın “Pattani” ilə matçından əvvəl isinərkən meydançanı hamarlayan rollerin altında qalıb.
Hadisə zamanı meydança işçisinin rollerə nəzarəti itirdiyi və nəqliyyat vasitəsinin Taunsendə çırpıldığı görüntülənib. Futbolçunun sol ayağı qısa müddətə rollerin altında qalsa da, ciddi xəsarət almayıb.
Taunsend oyunun sonlarında meydana çıxıb. “PT Prakuap” görüşü 3:0 hesablı qələbə ilə başa vurub.
Qeyd edək ki, Andros Taunsend 13 dəfə İngiltərə millisinin formasını geyinib.
Former England winger Andros Townsend suffered an unfortunate accident while warming up for PT Prachuap before their Thai League fixture with Pattani.
— Troll Football Media (@TrollFootball2) September 19, 2026



No Comment! Be the first one.