“Qarabağ” və “Zirə” komandaları ilk dəfə qadın liqalarında təmsil olunacaq.
Bu barədə Sportify.az-a AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Zümrüd Ağayeva məlumat verib.
Onun sözlərinə görə, “Qarabağ” U-12, “Zirə” isə U-12 və U-14 Liqalarına komandalar sifariş edib.
Ağayeva gələcəkdə bu klubların yeni yaradılan Qadınlar Super Liqasında da təmsil olunacaqlarına inam ifadə edib.



No Comment! Be the first one.