Dörd cüdoçumuz dünya çempionatında
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizə aparacaqlar
Sentyabrın 26-27-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.
Sportify.az xəbər verir ki, dünya çempionatında Azərbaycanı yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olmuş 4 cüdoçu təmsil edəcək.
Azərbaycan cüdoçuları yarışda “nage-no-kata” proqramı üzrə mübarizə aparacaqlar.
Dünya çempionatında 35 ölkədən 462 cüdoçunun iştirakı gözlənilir.
Ölkəmizi təmsil edəcək idmançıların heyəti belədir:
Yeniyetmələr:
-
Sadiq Abdullayev – tori
-
Rəcəb Əkbərov – uke
Gənclər:
-
Famil Əsədov – tori
-
Yusif Əhmədov – uke



No Comment! Be the first one.