II Liqada 4-cü turun oyunları keçirilib.
Sportify.az xəbər verir ki, turun ikinci günündə 4 qarşılaşma baş tutub.
Günün ən məhsuldar oyunu Saatlıda keçirilib. “Kür-Araz” doğma meydanda “Difai”yə 3:5 hesabı ilə uduzub.
“Qaradağ Lökbatan” isə “Şəmkir”i darmadağın edib – 7:0.
Digər görüşlərdə “Zəngəzur” səfərdə “Ağdaş”a 2:0, “Dinamo” isə “Hypers”ə 2:1 hesabı ilə qalib gəlib.
II Liqa
4-cü tur
21 sentyabr
“Ağdaş” – “Zəngəzur” 0:2
Qollar: R.Voronsov, 79. T.Qurbatov, 83.
“Hypers” – “Dinamo” 1:2
Qollar: C.Rəcəbli, 8. – N.Muradlı, 49. Z.Məmmədli, 52.
“Kür-Araz” – “Difai” 3:5
Qollar: S.Həsənov, 8. B.Əliyev, 11, 38. – A.Xəlilzadə, 40. M.Abasov, 44. A.Qaracayev, 77. E.Ağalarov, 90+1. M.Məmmədov, 90+7.
“Qaradağ Lökbatan” – “Şəmkir” 7:0
Qollar: R.Quliyev, 15. Ə.Əlizadə, 18. R.Orucov, 20. Ə.Hacılı, 65, 76. Ə.Əlizadə, 84. K.Mahmudov, 89.
Qeyd edək ki, turun ilk günündə “Şirvan” “Şəki”ni 6:0, “Marafon” isə “Ağstafa Gəncləri”ni 2:1 hesabı ilə məğlub edib.



No Comment! Be the first one.