Sarayevoda daha üç medal
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan cüdoçuları daha 3 medal əldə ediblər.
Sportify.az xəbər verir ki, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (-90 kq) mundialı bürünc medalla başa vurublar.
Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala sahib çıxıblar.




No Comment! Be the first one.