“Kəpəz-2” U-19 yığmasına qarşı
“Kəpəz” klubunun əvəzedici heyəti 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilə yoxlama matçı keçirəcək.
Gəncə təmsilçisindən Sportify.az-a verilən məlumata görə, qarşılaşma sentyabrın 25-i saat 17-də Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında start götürəcək.
Bu oyun U-19-un “Kəpəz”in Təlim-Məşq Mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində gerçəkləşəcək. Y
eri gəlmişkən, yığma “Kəpəz-2″dən savayı, əsas komanda ilə görüşəcək.
“Kəpəz” – U-19 matçı oktyabrın 2-si saat 12-də başlanacaq.



No Comment! Be the first one.