Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəllidir
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.
Sportify.az xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni “Art Grand Prix” komandasının hindistanlı pilotu Kuş Maini göstərib.
“Rodin”dən irlandiyalı Aleks Dan ikinci, “Campos”un pilotu Nikola Tsolov isə üçüncü olub.
Qeyd edək ki, saat 12:30-dan 13:30-dək Formula 1 üzrə sərbəst yürüş keçiriləcək. Yarış trekinin uzunluğu 6 kilometrdir və 10 komandadan 20 pilot mübarizə aparır.



No Comment! Be the first one.