Millimiz Çexiyadan xal aldı – YENİLƏNDİ
Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportify.az xəbər verir ki, komanda Masazırdakı “Bank Respublika Arena”da Çexiya yığmasını qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 38-ci dəqiqədə rəqibin heyətində Filip Lissah açıb. Cavab qoluna isə 45-ci dəqiqədə Eşqin Əhmədov vurub.
Qeyd edək ki, U-21 milli seçmə mərhələdə növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.
Avropa çempionatı, seçmə mərhələ
17:45. Azərbaycan U-21 – Çexiya U-21 – 1:1
Qollar: Eşqin Əhmədov, 45 – Filip Lissah, 38
Baş hakim: Aaron Odoud (İrlandiya)
“Bank Respublika Arena”.



No Comment! Be the first one.