“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
“Xankəndi” FK baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.
Sportify.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Xankəndi” rəhbərliyi Zaur Hacıyevə fəaliyyəti və komandaya verdiyi töhfələrə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.



No Comment! Be the first one.