“Sumqayıt” amerikalı oyunçunu heyətinə qatdı
“Sumqayıt” Basketbol Klubu heyətini amerikalı Teyvion Kirk ilə gücləndirib.
Sportify.az xəbər verir ki, 27 yaşlı basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 193 sm boya malik oyun qurucusu 2023/24 mövsümündə hazırda “LANDAU Lions” adı ilə ABL-də çıxış edən “Xırdalan”ın formasını geyinib.
Kirk həmin mövsümdə 23,9 xal, 7,4 ribaund və 5,4 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanı tərk etdikdən sonra Teyvion Şimali Makedoniya çempionatında çıxış edib və orta hesabla 14,2 xal toplayıb.
Amerikalı basketbolçu müxtəlif vaxtlarda NBA G Liqasında “Portlend”, “Denver”, “Sakramento”, “Toronto” və “Finiks” klublarının farm komandalarında da oynayıb.



No Comment! Be the first one.