“Azərbaycan millisini də məğlub edə bilərik”
Litva millisinin futbolçusu Lukas Mişelbrink səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Milətlər Liqasındakı ilk oyundan sonra iddialı açıqlama verib.
Sportify.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi növbəti görüşdə Azərbaycan yığmasını da məğlub etmək istədiklərini bildirib.
53-cü dəqiqədə hesabı açmaqla milli karyerasında ilk qolu vuran Mişelbrink Lixtenşteyn üzərində qələbəni yüksək dəyərləndirib: “Çox yaxşı hissdir, komanda ilə fəxr edirəm. Bütün komanda yaxşı oynadı və hamı qalib gəlmək istəyirdi. Biz futbol oynaya, gözəl futbol nümayiş etdirə və gözəl qollar vura bilərik”.
O, Azərbaycan millisi ilə evdə keçirəcəkləri görüşə də qələbə hədəfi ilə çıxacaqlarını bildirib: Növbəti oyun evdə, öz azarkeşlərimizin qarşısında olacaq. Bu gün də azarkeşlərin bizimlə olması çox xoş idi. Düşünürəm ki, evdə ən yaxşı oyunumuzu göstərə və Azərbaycan millisini məğlub edə bilərik”.
Mişelbrink millidəki ilk qolunun onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.
Qeyd edək ki, sentyabrın 27-də Kaunasda keçiriləcək Litva – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.