Futbolçu Şamil Həsənov narkotikə görə həbs edildi
Rusiyanın “Anji”, “Baltika” və “Dinamo Mahaçqala” komandalarının sabiq futbolçusu Şamil Həsənov narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə həbs edilib.
Sportify.az xəbər verir ki, Moskvanın Qaqarin rayon məhkəməsi 33 yaşlı müdafiəçi barəsində həbs qətimkan tədbiri seçib.
O, 22 noyabr 2026-cı ilədək həbsdə saxlanılacaq.
İstintaqın versiyasına görə, Həsənov sentyabrın 22-də səhər saatlarında yaşayış binasının girişlərindən birində qoyulmuş narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabiq futbolçu külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz əldə etmək və saxlamaqda ittiham olunur.
Hadisədən sonra Həsənovun hazırkı klubu “Murom” onunla əmək müqaviləsinə xitam verib. Klubun açıqlamasında müqavilənin futbolçunun öz istəyi ilə pozulduğu bildirilib.
Qeyd edək ki, Şamil Həsənov Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulub.



No Comment! Be the first one.