Millimiz biabırçı hesabla uduzdu
Azərbaycanın futbol üzrə qızlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Sportify.az xəbər verir ki, komanda İrlandiya yığmasının qonağı olub.
Albaniyanın Rroqojinə şəhərində baş tutan B Liqasının B1 qrupundakı görüş rəqibin 16:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İrlandlar ilk hissədə 9 qol vurublar. Qalan toplar isə ikinci yarıda qeydə alınıb.



No Comment! Be the first one.