Kikboksçularımız dünya çempionatında 16 medal qazandılar
Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilən WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatında uğurlu nəticə göstəriblər.
Sportify.az xəbər verir ki, milli komandanın üzvləri mundialı 16 medalla başa vurublar. Onlardan 10-u qızıl, 4-ü gümüş, 2-si isə bürünc medal olub.
Gənclər arasında Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) dünya çempionu olublar.
Yeniyetmələrdən isə Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) qızıl medal qazanıblar.
Azərbaycan yığmasına yarışda federasiyanın vitse-prezidenti Eduard Məmmədov rəhbərlik edib.
Hakimlərdən Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov, həmçinin turnirin ən yaxşı hakiminə təqdim olunan “Best Referee Ring” mükafatına layiq görülüb.



No Comment! Be the first one.