Xorvatiyanın yeni "Maksimir" stadionu belə olacaq - FOTOLAR
Xorvatiyanın Zaqrebdə inşa olunması planlaşdırılan yeni “Maksimir” stadionunun layihəsi təqdim olunub.
Sportify.az xəbər verir ki, beynəlxalq memarlıq-şəhərsalma müsabiqəsinin qalibi italiyalı “VG13 Architects Studio Associato”nun rəhbərləri Tommaso Fantini və Alberto Rossi tərəfindən hazırlanan layihə olub.
Müsabiqəyə ümumilikdə 88 layihə təqdim edilib. Komandalarda 32 ölkədən memarlar iştirak edib.
Yeni stadionun layihəsi müasir və iri həcmli dam konstruksiyası ilə diqqət çəkir. Niderlandlı memar Floris van der Poel isə layihənin dam quruluşunu Madriddəki məşhur “Caja Mágica” tennis kompleksi ilə müqayisə edib.
Van der Poel sosial şəbəkədə paylaşdığı görüntüdə iki layihə arasındakı oxşarlığın, xüsusilə dam konstruksiyasında, aydın göründüyünü bildirib.
Qeyd edək ki, “Maksimir” “Dinamo Zaqreb” klubunun ev stadionudur. Yeni arenanın layihəsi həm stadionun funksionallığını, həm də ətraf ərazinin yenidən təşkilini nəzərdə tutur.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.