Füzulidə “Mingəçevir Reqatası-2026” başladı
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib.
Sportify.az xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Yarışın ilk günü Köndələnçay su anbarında təşkil olunub. Burada kayak və kanoe üzrə 200 metr məsafədə mübarizə aparılıb.
Turnirin növbəti iki yarış günü sentyabrın 30-da və oktyabrın 1-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Bu mərhələdə avarçəkmənin bütün növləri və məsafələri üzrə yarışlar baş tutacaq.
“Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.



No Comment! Be the first one.