Bu Federasiya rəsmi maskotlarını təqdim etdi
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub.
Sportify.az xəbər verir ki, qurumun yeni maskotları Araz, Damla və Xəzər adlanır.
Maskotlar ən kiçik üzgüçülük həvəskarlarından peşəkar idmançılaradək hər kəsin suya olan sevgisini simvolizə edir.
Qəhrəmanların əsas məqsədi su ehtiyatlarından səmərəli istifadənin və suya qənaətin əhəmiyyətinə diqqət çəkmək, həmçinin Xəzər dənizinin səviyyəsinin azalması məsələsini gündəmdə saxlamaqdır.
Federasiyadan bildirilib ki, su həyat mənbəyidir və onun qorunması hər kəsin üzərinə düşən məsuliyyətdir. Yeni maskotlar vasitəsilə su ehtiyatlarının, eləcə də Xəzər dənizinin qorunmasının vacibliyinə diqqət yönəldiləcək.
Qeyd edək ki, Araz, Damla və Xəzərlə Bakıda təşkil olunacaq Dünya Kuboku çərçivəsində tanış olmaq mümkün olacaq.



No Comment! Be the first one.