Millimiz Şotlandiyaya böyük hesabla uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçi olduğu kollektiv Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub.
Kilmarnok şəhərindəki “Reqbi Park”da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:2.
Oyunda ilk qolu 21-ci dəqiqədə Nəriman Axundzadə vurub. Azərbaycan millisindən daha bir qolun müəllifi isə 70-ci dəqiqədə Raul Məmmədov olub.
Meydan sahiblərindən Barni Stüart 24 və 26-cı, Ceyms Uilson 29-cu, Tayler Fletçer 60-cı, Bobbi Uels 81-ci dəqiqədə fərqlənib.
Beləliklə, Azərbaycan millisi B qrupundakı 9-cu matçında 4-cü məğlubiyyətlə üzləşib. Hazırda 7 xala malik yığma 6 komandalı qrupda 5-ci pillədədir. Şotlandiya isə 14 xalla 3-cü yerdə gedir.



No Comment! Be the first one.