Dünyanın ən çox maaş alan baş məşqçiləri - SİYAHI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünyanın milli komandalarında çalışan ən yüksək maaşlı baş məşqçi hesab olunur.
Sportify.az AS nəşrinə xəbər verir ki, İtaliyalı mütəxəssis ildə 10 milyon avro qazanır.
Ançelottidən sonra ikinci pillədə Almaniya millisinin baş məşqçisi Yurgen Klopp qərarlaşıb. Onun illik maaşı 7 milyon avrodur.
ABŞ millisinə rəhbərlik edən Maurisio Poçettino isə 6,8 milyon avro ilə üçüncü sıradadır.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel illik 6 milyon avro qazanaraq siyahıda dördüncü yeri tutur. İspaniya millisinin sükanı arxasındakı Luis de la Fuente isə 5 milyon avro ilə beşinci sıradadır.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezusun illik maaşı 4 milyon avro, Fransa millisinə rəhbərlik edən Zinəddin Zidanın əmək haqqı isə 3,6 milyon avrodur. Zidan bu göstərici ilə yeddinci pillədə yer alıb.
Milli komandaların ən yüksək maaş alan 10 baş məşqçisi:
Karlo Ançelotti (Braziliya) — 10 milyon avro
Yurgen Klopp (Almaniya) — 7 milyon avro
Maurisio Poçettino (ABŞ) — 6,8 milyon avro
Tomas Tuxel (İngiltərə) — 6 milyon avro
Luis de la Fuente (İspaniya) — 5 milyon avro
Jorje Jezuş (Portuqaliya) — 4 milyon avro
Zinəddin Zidan (Fransa) — 3,6 milyon avro
Xavi (Niderland) — 3 milyon avro
Lionel Skaloni (Argentina) — 2,3 milyon avro
Ralf Ranqnik (Avstriya) — 2 milyon avro.



No Comment! Be the first one.