Türkiyə futbolunda şok: Həbs olunan MHK sədri istefa verdi
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakim Komitəsinin (MHK) rəhbəri Fərhad Gündoğdu vəzifəsindən istefa verib.
Sportify.az xəbər verir ki, şəxsi məlumatların qanunsuz qeydə alınması ittihamı ilə həbs edilən funksioner TFF-nin nüfuzuna xələl gəlməməsi və hüquqi prosesin gedişatına təsir etməmək məqsədilə bu addımı atıb.
Gündoğdunun vəkilləri Serhat Çətin və Cəlal Nuri Dəmirtürk tərəfindən yayılan bəyanatda bildirilir:
“İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində İstanbul 5-ci Sülh Cəza Hakimliyi vəzifə səlahiyyətlərindən sui-istifadə və hədə-qorxu gəlmə maddələri üzrə həbs tələbini rədd etsə də, şəxsi məlumatların qeydə alınması ittihamı ilə həbs qətimkan tədbiri seçib.
Vəkilləri olaraq prosesi diqqətlə izləyirik, müvəkkilimizin günahsızlığına və ən qısa zamanda azadlığa qovuşacağına inamımız tamdır.
Bununla belə, Türkiyə Futbol Federasiyasının istintaq prosesində zərər görməməsi və məhkəmə işinə maneə yaranmaması üçün müvəkkilimiz 03.10.2026-cı il tarixi etibarilə Mərkəzi Hakim Komitəsinin rəhbəri postundan istefa verib və müvafiq ərizə TFF-yə çatdırılıb”.



No Comment! Be the first one.