Heydərov və Qədəşova mübarizəni dayandırdı, Məmmədəliyev bürünc medal görüşündə - YENİLƏNDİ
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəki dərəcəsində mübarizə gedib.
Sportify.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın 3 təmsilçisi tatamiyə çıxacıb.
Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qədəşova qüvvəsini sınayıb. O, 1/32 finala təsadüf edən ilk görüşündə qırğızıstanlı Janar Joldoşevaya uduzaraq, mübarizəni dayandırıb.
Kişilərin 73 kq çəkidəki mübarizəsinə isə 2 cüdoçu qatılıb. Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov ilk 2 görüşündə qalib gəlsə də, 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb.
Ötənilki Avropa çempionatının bürünc mükafatçısı Rəşid Məmmədəliyev isə bürünc medal görüşünədək irəliləyib.
Dünya çempionatı
6 oktyabr
Qadınlar
57 kq
1/32 final
Xədicə Qədəşova – Janar Joldoşeva (Qırğızıstan)
Kişilər
73 kq
1/32 final
Hidayət Heydərov – Akil Qyakova (Kosovo)
1/16 final
Rəşid Məmmədəliyev – Castin Lemir (Kanada)
Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)
1/8 final
Rəşid Məmmədəliyev – Etan Nern (Böyük Britaniya)
Hidayət Heydərov – Covanni Espozito (İtaliya)
1/4 final
Rəşid Məmmədəliyev – Dayyan Bulemtafes (Fransa)
Təsəlliverici görüş
Rəşid Məmmədəliyev – Leonardo Valeriani (İtaliya)
Bürünc medal görüşü
Rəşid Məmmədəliyev – Daniel Karnin (Braziliya)
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. Növbəti gün isə Gültac Məmmədəliyeva 52 kq çəkidə 7-ci yeri tutub. Hazırda Azərbaycan ümumi komanda hesabında ikinci yerdə gedir. Birinci pillədə isə 3 qızıl, 2 bürünc medalla Yaponiya qərarlaşıb.



No Comment! Be the first one.