Cüdoçumuz medal görüşünə vəsiqə qazandı - FOTOLAR
Bakıda keçirilən dünya çempionatında Azərbaycan millisinin cüdoçusu Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq.
Sportify.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı yarışa 1/16 final mərhələsindən başlayıb.
Məmmədəliyev ilk görüşündə kanadalı Castin Lemirə, 1/8 finalda isə Böyük Britaniya təmsilçisi İtan Nernə qalib gələrək 1/4 finala yüksəlib.
Bu mərhələdə Fransa cüdoçusu Dayan Bulemtafesə məğlub olan Məmmədəliyev mübarizəni təsəlliverici görüşdə davam etdirib. O, italiyalı Leonardo Valerianini məğlub edərək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutan mundialın final bloku saat 18:00-da başlayacaq.




















No Comment! Be the first one.