AFFA FIFA referilərinin yarısını VAR-a, yarısını "ofsayd"a saldı
Misli Premyer Liqasında VII turun təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, FIFA referilərindən heç biri matçında baş hakim olmayacaq.
Tural Qurbanov və cəzalı Elçin Məsiyev oyunlardan kənarda saxlanılıb.
Kamal Umudlu “Neftçi” – “Sabah”, Əliyar Ağayev “Sumqayıt” – “Qəbələ” görüşündə VAR hakimi funksiyasını yerinə yetirəcək.
Misli Premyer Liqası, VII tur
9 oktyabr (cümə)
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”
10 oktyabr (şənbə)
17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə İdman Kompleksinin stadionu
19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“SOCAR Polymer Arena”
11 oktyabr (bazar)
16:00. “İmişli” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu
18:30. “Şəfa” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“SOCAR Polymer Arena”.



No Comment! Be the first one.