Start heyətdə futbolçular yox, itlər yer aldı – FOTO
Macarıstanın “Zalaegerszeg” futbol klubu “Nyíregyháza” ilə qarşıdakı milli çempionat oyunu üçün heyətini qeyri-adi şəkildə açıqladı. Komandanın start heyətində oyunçular əvəzinə şəkillər və itlərin adları yer alıb.
Sportify.az klubun rəsmi saytında istinadən xəbər verir ki, bütün bunlar evsiz itlərə sığınacaq vermək kampaniyasının bir hissəsi olaraq həyata keçirilib. Komanda evsiz heyvanların problemi barədə məlumatlılığı artırmaq və onlara yeni evlər tapmaq təşəbbüsünü dəstəkləmək qərarına gəlib.
“Zalaegerszeg” səkkiz liqa turundan sonra altı xalla liqa turnir cədvəlində 11-ci yerdədir. “Nyíregyháza” isə səkkiz xalla 10-cu yerdədir.
Macarıstan çempionatının 9-cu turunda “Nyíregyháza” ilə oyun 11 oktyabr bazar günü keçiriləcək. Oyun “Sósztói It Stadium”da keçiriləcək.



No Comment! Be the first one.