Vinisius qovuldu, Mourinyo mətbuat konfransına gəlmədi
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının VIII turunda “Vilyarreal” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra mətbuat konfransına qatılmayıb.
Sportify.az “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunun başa çatmasından 40 dəqiqə keçməsinə baxmayaraq, mətbuat konfransının keçirildiyi zala gəlməyib.
Qarşılaşmada “Real Madrid”in hücumçusu Vinisius Junior qırmızı vərəqə alaraq meydandan qovulub. O, 74-cü dəqiqədə rəqib futbolçunun saçından tutduğuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Madrid təmsilçisi 8 turdan sonra 18 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Vilyarreal” isə 8 xalla 13-cü yerdədir.



No Comment! Be the first one.