“Şahdağ Qusar”dan gözlənilməz məğlubiyyət
Azərbaycan I Liqasında V tura start verilib.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.
Çempionatın lideri “Şahdağ Qusar” “Xankəndi”nin qonağı olub.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 88-ci dəqiqədə Bəhruz Teymurov vurub.
Beləliklə, “Şahdağ Qusar” ilk dəfə xal itkisi ilə üzləşib. Füzuli Məmmədovun baş məşqçi olduğu komanda hazırda 12 xalla 1-ci yerdə gedir.
“Səbail” isə səfərdə “Zaqatala”nı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Elnur Abdullayevin rəhbərlik etdiyi kollektiv xalını 11-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib.
“Şimal” isə səfərdə “Mingəçevir”i darmadağın edib – 4:1.
I Liqa, V tur
15 oktyabr (cümə axşamı)
“Zaqatala” – “Səbail” – 1:3
Qollar: Əsədulla Heydərov, 89 – Samuel Nonqoh, 13; Yan Said, 21; Aldo Qomes Soares, 24
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Şamil İmanzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Zaqatala OİK stadionu, 100 tamaşaçı
“Xankəndi” – “Şahdağ Qusar” – 1:0
Qol: Bəhruz Teymurov, 88
Hakimlər: Səbuhi Bayramov, Rəhman Aslanov, Vüqar Bayramov, Nazim Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı OİK stadionu, 50 tamaşaçı
“Mingəçevir” – “Şimal” – 1:4
Qollar: Nemət Şıxamirov, 48 – Niyazi Osmanov, 37; Elşad Əliyev, 45+3; Gülalı
Mehrəliyev, 87; Mustafa Niambele, 90+4
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Samir Qaracayev, Niyaz Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 50 tamaşaçı
Turun son 2 matçı oktyabrın 16-da keçiriləcək.
16 oktyabr (cümə)
“Baku Sportinq” – MOİK
Hakimlər: Alik Yunusov, Sevda Nuriyeva, Anar Bədəlov, Maqsud Şamıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Baku Sportinq Arena”
“Karvan-Yevlax” – “Gəncəbasar”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ceyhun Hüseynov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu
Qarşılaşmalar saat 15:00-da başlanacaq.



No Comment! Be the first one.