Kamilo Duran yenə "Benfika"ya qol vurdu - VİDEO
Kolumbiya millisinin futbolçusu Kamilo Duran ardıcıl ikinci mövsüm iki fərqli komandada Portuqaliyada “Benfika”ya qol vurub.
Sportify.az xəbər verir ki, 24 yaşlı hücumçu bu dəfə Şotlandiya “Seltik”inin heyətində Avropa Liqasının əsas mərhələsinin II tur matçında fərqlənib.
O, komandası 0:3 hesabı ilə geridə olduğu vaxt – 63-cü dəqiqədə bu qollardan birinin əvəzini çıxıb.
Maraqlıdır ki, “Benfika”nın birinci və üçüncü qollarını da Kamilo Duranla həmsoyad olan həmyerlisi Con Duran vurub. Hazırda Portuqaliya klubu hesabda öndədir – 3:1.
Qeyd edək ki, Kamilo Duran ötən mövsüm “Qarabağ”da ikən Çempionlar Liqasının əsas mərhələsinin ilk tur matçında da “Benfika”nı məyus edib. Həmin vaxt Azərbaycan təmsilçisi səfərdə qələbə qazanıb – 3:2.
@CamiloDuran28_ @CelticFC -nin heyətində də @SLBenfica komandasına qol vurdu https://t.co/UGxsZ9M7cW
— Elshan (@Elshan56093512) October 15, 2026



No Comment! Be the first one.