Azər Bağırov: Qələbəmizi ona həsr edirik
“Həqiqətən də çox maraqlı oyun oldu. Bu qələbəni Qaxdan babası ilə qayıdarkən avtomobil qəzasında dünyasını dəyişən, akademiyamızın futbolçusu Seydəli Babazədəyə həsr edirəm. Allah rəhmət eləsin. Bütün azarkeşlərimizi bu qələbə münasibətilə təbrik edirəm. Rəqibə isə uğurlar arzulayıram”.
Sportify.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Azər Bağırov evdə “Şəya”ya 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis komandasının 7 oyunluq məğlubiyyətsizlik seriyasının sirrini açıqlayıb: “Həqiqətən də hər bir işdə xeyir var. Düşünürəm ki, qədərimizdə bu seriya var. Bunun üçün uşaqlar meydançada əziyyət çəkirlər. Həmişə bir sözü futbolçulara çatdırıram: Biz əziyyət çəkəcəyik və onun bəhrəsini Allah bizə verəcək. Ona görə də belə döyüşkən, ailə ruhuna malik kollektiv yaratmışıq”.



No Comment! Be the first one.