“Araz-Naxçıvan”da itki: Meydanı belə tərk etdi – VİDEO
“Araz-Naxçəvan”ın futbolçusu İssuf Paro səfərdə “Sumqayıt”a qarşı keçirdikləri Misli Premyer Liqasının VIII tur matçında zədələnib.
Sportify.az xəbər verir ki, 23-cü dəqiqədə diz nahiyəsindən xəsarət alan müdafiəçi oyunu davam etdirə bilməyib.
O, meydanı həkimlərin köməyi ilə tərk edib.
Paronun əvəzinə isə oyuna Bruno Franko daxil olub.
Qeyd edək ki, hazırda hesab bərabərdir – 0:0.



No Comment! Be the first one.