“Napoli”nin ulduzu 6 oyunu buraxacaq
İtaliya təmsilçisi “Napoli”nin braziliyalı futbolçusu David Neres zədə səbəbindən komandasının qarşıdakı 6 matçında iştirak edə bilməyəcək.
Sportify.az xəbər verir ki, 29 yaşlı cinah oyunçusunun sağ bud nahiyəsində yarımzar pərdəli əzələnin yüngül dartılması aşkarlanıb. Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Neres UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Vilyarreal”la keçirilən və 1:3 hesabı ilə başa çatan matçda zədələnib. Braziliyalı futbolçu artıq bərpa prosesinə başlayıb. Lakin onun yaşıl meydanlara qayıdacağı dəqiq tarix açıqlanmayıb.
İtaliya mətbuatının məlumatına görə, Neres A Seriyasında “Venesia”, “Roma”, “Montsa” və “Yuventus”a qarşı oyunları, həmçinin Çempionlar Liqasında “Bodo-Qlimt” və “Portu” ilə görüşləri buraxacaq.
Futbolçunun noyabrda milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana qayıtması gözlənilir.
Qeyd edək ki, David Neres cari mövsümdə “Napoli”nin heyətində bütün turnirlərdə 6 matçda iştirak edib, lakin hələlik qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.



No Comment! Be the first one.