Rəşad Sadıqov: Bu mərhələni də atladacağıq
“Olduqca maraqlı, sürətli və aqressiv oyun alındı. Birinci hissədə taktiki savaş, ikinci isə xüsusən maraqlı oyun oldu. Bəzi epizodlar qırılma nöqtəsi idi. Hesabda önə keçsəydik, qələbə qazana bilərdik”.
Sportify.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis Gəncə Stadionundakı ab-havadan məmnunluq ifadə edib: “Rəqibin 12 futbolçu ilə oynadığını bu gün hiss etdik. Top buraxdıqda qol vurmaq çətin olur. Stadionda möhtəşəm atmosfer var idi. Futbolçularıma təşəkkür edirəm ki, bu ab-havanın öhdəsindən gəldilər”.
Sadıqov zədəli futbolçularının olduğunu, meydanda olanların bəzilərinin isə hələ 90 dəqiqə oynamağa hazır olmadığını bildirib: “Bu mərhələni də atladacağıq”.
O, qələbəyə yaxın olduqlarını, amma alınmadığını söyləyib: “Bu gün çempionatımızda bitiricilik çox yüksəlib. Bu rəqabətə tab gətirmək üçün biz də o bitiriciliyimizi artırmalıyıq. Düşünürəm ki, qarşıdakı turlarda buna nail olacağıq”.
Sadıqov bəzi məqamları öz aralarında futbolçularla müzakirə etdiklərini söyləyib: “Futbolçularda da həyəcan hiss olunur. Üzərimizdə müəyyən təzyiq var. 5-6 tur qələbə qazana bilmirik. Alınmayanda nəticəyə də təsir edir. Yuxarı pillələr üçün uğurlu olmaq da şərtdir. Qarşıdakı turlarda da alınacağına ümid edirəm”.
44 yaşlı mütəxəssis növbəti turda “Sumqayıt”la görüşdən gözləntilərini də açıqlayıb: “6 ildir bu komandanın bizə qalib gələ bilmədiyindən xəbərsiz idik. Çox güclü komandaya qarşı oyun gözləyir. Son iki turda təhlükəli olduqlarını görürük. Bizi ciddi və vacib oyun gözləyir”,



No Comment! Be the first one.