ACF Kubokunda 506 cüdoçu
Oktyabrın 25-də U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku start götürəcək.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu (407 oğlan və 99 qız) ümumilikdə 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Yarış iki gün davam edəcək.
Qeyd edək ki, ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.



No Comment! Be the first one.