Azərbaycan Super Liqası start götürür
Kişi voleybolçuların Super Liqasında 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, ilk turun oyunları 23-24 oktyabrda keçiriləcək.
Turun ilk günündə GİN-in Voleybol Mərkəzində iki qarşılaşma baş tutacaq. Saat 16:00-da “AZERRAIL” və “Gənclər”, saat 18:00-da isə “Murov Az Terminal” və “ORDU” komandaları qarşılaşacaqlar.
İlk turun son oyunu oktyabrın 24-də FHN-in idman zalında keçiriləcək. Saat 17:00-da başlayacaq görüşdə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altı komanda — “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” iştirak edirlər. Yarışlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.
İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.
Oyunların cədvəli
Super Liqa (kişilər)
I tur
23 oktyabr
16:00. “AZERRAIL” – “Gənclər”
18:00. “Murov Az Terminal” – “ORDU”
GİN-in Voleybol Mərkəzi
24 oktyabr
17:00. “Xilasedici” – “Neftçi”
FHN-in idman zalı.



No Comment! Be the first one.