“Lill” “Qalatasaray”a elçi düşüb
Fransanın “Lill” komandası Türkiyə təmsilçisi “Qalatasaray”a elçi düşüb.
Sportify.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fransızlar “sarı-qırmızılar”ın gənc qapıçısı Jankat Yılmazı istəyir.
Hətta Fransa klubu bununla bağlı “Qalatasaray” rəsmilərilə görüşüb.
Qeyd edək ki, Yılmazın müqavilə müddəti cari mövsümün sonunda bitir.



No Comment! Be the first one.