Dünya çempionatı: Bir qızıl və iki bürünc medal şansı - YENİLƏNDİ
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 63 kq, 67 kq və 87 kq-da finalçılar müəyyənləşib.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Nihat Məmmədli (63 kq) ABŞ-dan olan rəqibi Xavyer Conson xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib.
Dünya çempionu norveçli Morten Toresenə (11:0) və qətərli Aref Mohammadiyə (10:1) tam üstünlüklə qalib gələrək yarımfinala adlayıb. Məmmədli finala gedən yolda rusiyalı olimpiya mükafatçısı, dünya və 3 qat Avropa çempionu Sergey Yemelinə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək 2-ci dəfə mundialın finalına vəsiqə qazanıb. O, oktyabrın 27-də finalda ermənistanlı Karen Aslanyanla qarşılaşacaq.
Mübarizəyə 1/8 finaldan qoşulan Həsrət Cəfərov (67 kq) əvvəlcə ukraynalı Oleksandr Xruşin (7:1), ardınca isə cənubi koreyalı Hanjae Çanq (6:1) üzərində inamlı qələbə yarımfinala yüksəlib.
Cəfərov finala gedən yolda İran təmsilçisi, olimpiya və dünya çempionu Səid Esmaili ilə qarşılaşıb. İlk xal prinsipinə əsasən (1:1) rəqibinə məğlub olan Cəfərov sabah bürünc medal görüşünə çıxacaq.
İslam Abbasov (87 kq) ilk mərhələdə türkiyəli dünya çempionu Ali Cengizi mübarizədən kənarlaşdırıb – 6:0. Onun 1/8 finalda bolqarıstanlı olimpiya çempionu Semyon Novikovla görüşü gərgin mübarizə şəraitində keçib. Sona az qalmış üstünlüyü əldən verərək minimal fərqlə (5:6) məğlub olan Abbasov sabah təsəlliverici görüşə çıxacaq. Rəqib Latana Sopa (Amerikan Samoası) olacaq.
————————————
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Sportify.az xəbər verir ki, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) yarımfinala yüksəlib.
İslam Abbasov (87 kq) isə 1/8 final mərhələsində bolqarıstanlı olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə məğlub olub.
Bundan başqa Murad Əhmədiyev (97 kq) təsəlliverici görüşdə avstriyalı Markus Raggingerə 1:5 hesabı ilə uduzaraq, bürünc medal şansını itirib.
Dünya çempionatı
26 oktyabr
Yunan-Roma güləşi
63 kq
Təsnifat mərhələsi. Nihat Məmmədli – Xavyer Conson (ABŞ) – rəqib görüşə çıxmayıb
1/8 final. Nihat Məmmədli – Morten Toresen (Norveç) – 11:0
1/4 final. Nihat Məmmədli – Aref Mohammadi (Qətər) – 10:1
1/2 final. Nihat Məmmədli – Sergey Yemelin (Rusiya)
Final. Nihat Məmmədli – Karen Aslanyan (Ermənistan)

67 kq
1/8 final. Həsrət Cəfərov – Oleksandr Xruçin (Ukrayna) – 7:1
1/4 final. Həsrət Cəfərov – Hanjae Çanq (Cənubi Koreya) – 6:1
1/2 final. Həsrət Cəfərov – Said Esmaeli (İran) – 1:1*
Bürünc medal görüşü. Həsrət Cəfərov
87 kq
1/16 final. İslam Abbasov – Ali Cengiz (Türkiyə) – 6:0
1/8 final. İslam Abbasov – Semyon Novikov (Bolqarıstan) – 5:6
Təsəlliverici görüş. İslam Abbasov – Latana Sopa (Amerikan Samoası)
97 kq
Təsəlliverici görüş. Murad Əhmədiyev – Markus Ragginger (Avstriya) – 1:5



No Comment! Be the first one.