Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, federasiyanın baş katibi Orxan Hüseynov, milli komandanın baş məşqçisi Elşad Quliyev və çoxqat dünya və Avropa çempionu Eduard Məmmədov iştirak ediblər.
Mərasim Orxan Məmmədov və Orxan Hüseynovun çıxışları ilə başlayıb. Daha sonra AÇ-2026 və 2025/2026 mövsümünün final qarşılaşmasına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Ardınca milli komandanın baş məşqçisi Elşad Quliyev püşkü çəkib.
Yeni mövsümdə 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bunlar AZNUR, DİN İdman Cəmiyyəti, Siyəzən, Star Bakı, U-23, Lerik Əvilə, Zirə, Buxar, Galaxy, Birbaşa Bakı, Atəşgah Suraxanı və Lənkəran MFK komandalarıdır.
Püşkün nəticəsinə əsasən, ilk turun oyun cütlükləri müəyyənləşib:
Minifutbol üzrə Azərbaycan çempionatı – 2026/2027 mövsümü
I tur
– AZNUR – DİN İdman Cəmiyyəti
– Siyəzən – Star Bakı
– U-23 – Lerik Əvilə
– Zirə – Buxar
– Galaxy – Birbaşa Bakı
– Atəşgah Suraxanı – Lənkəran MFK
Tədbirin sonunda ötən mövsümün ən yaxşı idmançısı seçilən Taleh Babayevə “Qızıl top” mükafatı təqdim olunub.




No Comment! Be the first one.