Rəşad Sadıqov bərabərlik qoluna belə reaksiya verdi – VİDEO
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun səfərdə “Araz-Naxçıvan”a qarşı keçirdikləri Misli Premyer Liqasının X tur matçında etdiyi əvəzləmə dərhal bəhrəsini verib.
Sportify.az xəbər verir ki, komandası künc zərbəsi yerinə yetirməyə hazırlaşdığı vaxt 44 yaşlı mütəxəssis İsmayıl İbrahimlinin yerinə meydana Mehdi Mişahşahı buraxıb.
22 yaşlı mərakeşli müdafiəçi isə meydana daxil olan kimi künc zərbəsindən gələn topa başla dəqiq zərbə endirib və hesabı bərabərləşdirib – 2:2.
Bu qoldan sonra Sadıqovun reaksiyası diqqət çəkib. Mişahşah isə formasını əyinindən çıxararaq, nümayiş etdirib. Buna görə də baş hakim Elvin Bayramov ona sarı vərəqə göstərib.
Qeyd edək ki, “Araz-Naxçıvan” oyunun gedişində 2:0 hesabı ilə öndə olsa da, yenə xal itirib və bu mövsüm qələbə həsrətini davam etdirib. Bununla belə, Naxçıvan komandası baş məşqçi Yuri Maksimovun rəhbərliyi dövründə ilk xalını qazanıb.
View this post on Instagram



No Comment! Be the first one.