Sabah Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Məryəm Cavadova Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Sportify.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq. Yarışlara Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dakar, Diamniadio və Salidə təşkil olunan Oyunlara noyabrın 13-də yekun vurulacaq.



No Comment! Be the first one.