"Real Madrid"dən növbəti qələbə
İspaniya La Liqasının 11-ci turunda “Rasinq” və “Real Madrid” komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Santander şəhərindəki “Kampos de Sport de El Sardinero” stadionunda keçirilən qarşılaşmanı baş hakim Xose Luis Munuera Montero idarə edib.
Matç Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Real Madrid”in hücumçusu Kilian Mbappe 11-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 21-ci dəqiqədə Cud Bellinqem fərqi iki topa çatdırıb. 36-cı dəqiqədə isə cinah hücumçusu Yan Diomande Madrid klubunun üçüncü qolunu vurub.
Qarşılaşmanın 72-ci dəqiqəsində “Real Madrid”in qapısına təyin olunan penalti VAR-a baxıldıqdan sonra ləğv edilib.
Bu qələbədən sonra “Real Madrid” mövsümdə topladığı xalların sayını 27-yə çatdırıb. Madrid klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider “Barselona”dan 3 xal geri qalır.
“Rasinq” isə 11 xalla 16-cı sırada yer alır.



No Comment! Be the first one.