"Topçular"dan 1 top VİDEO
İngiltərə Premyer Liqasının 9-cu turunda “Liverpul” və “Arsenal” komandaları qarşılaşıb.
Sportify.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Kay Haverts vurub. Matçı Endryu Medlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Bu, “Arsenal”ın 2024-cü ilin fevralından sonra “Liverpul” üzərində qazandığı ilk qələbədir. Həmin vaxt Premyer Liqanın 23-cü turunda komandalar Londonda qarşılaşıb və “Arsenal” 3:1 hesabı ilə qalib gəlib.
“Liverpul” 9 oyundan sonra 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Arsenal” isə 24 xalla liderliyini davam etdirir.
Növbəti turda “Liverpul” noyabrın 8-də səfərdə “Kristal Pelas”la qarşılaşacaq. “Arsenal” isə noyabrın 7-də “Hall Siti”ni qəbul edəcək.



No Comment! Be the first one.