Formula 1: Meksika Qran-prisinin yekun start düzülüşü
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 üzrə 2026-cı il mövsümünün 19-cu mərhələsi olan Meksika Qran-prisinin yekun start düzülüşünü açıqlayıb.
Sportify.az xəbər verir ki, “Ferrari” pilotu, yeddiqat dünya çempionu Lyuis Hemilton yarışa poul mövqeyindən başlayacaq. İkinci sırada “Mercedes” pilotu Corc Rassel, üçüncü sırada isə “Ferrari”nin digər sürücüsü Şarl Lekler yer alacaq.
Təsnifat mərhələsində dördüncü nəticəni göstərən “Red Bull” pilotu Maks Ferstappen isə startda beşinci olacaq. Niderlandlı sürücü ikinci sərbəst yürüş zamanı “Racing Bulls” pilotu Liam Lousonla toqquşduğuna görə bir pillə cərimələnib.
Louson isə cərimə səbəbindən 22-ci yerdən start götürəcək.
Formula 1. Meksika Qran-prisi. Yekun start düzülüşü
- Lyuis Hemilton (“Ferrari”)
- Corc Rassel (“Mercedes”)
- Şarl Lekler (“Ferrari”)
- Andrea Kimi Antonelli (“Mercedes”)
- Maks Ferstappen (“Red Bull”)
- Lando Norris (“McLaren”)
- İsak Hadjar (“Red Bull”)
- Arvid Lindblad (“Racing Bulls”)
- Pyer Qasli (“Alpine”)
- Niko Hülkenberq (“Audi”)
- Franko Kolapinto (“Alpine”)
- Oskar Piastri (“McLaren”)
- Qabriel Bortoleto (“Audi”)
- Oliver Berman (“Haas”)
- Karlos Sayns (“Williams”)
- Aleks Albon (“Williams”)
- Fernando Alonso (“Aston Martin”)
- Ryo Hirakava (“Haas”)
- Lens Stroll (“Aston Martin”)
- Serxio Peres (“Cadillac”)
- Valtteri Bottas (“Cadillac”)
- Liam Louson (“Racing Bulls”)



No Comment! Be the first one.