"Qalatasaray" - "Ştutqart" matçında dava düşdü - VİDEO
Türkiyə təmsilçisi “Qalatasaray”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Almaniya “Ştutqart”ı ilə oyununda dava düşüb.
Sportify.az xəbər verir ki, matçın 37-ci dəqiqəsində “Qalatasaray”dan Barış Alper Yılmazla “Ştutqart”dan Kris Fuhrix bir-birini itələyiblər.
Ardınca Almaniya təmsilçisindən Deniz Undav Barışın üstünə şığıyıb. Nəticədə qarışıqlıq yaranıb və oyun dayanıb.
Hakim ara sakitləşdikdən sonra Barışla Denizi sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, hazırda “Qalatasaray” hesabda öndədir – 2:0.



No Comment! Be the first one.