Batrakov Çempionlar Liqasında rekord müəyyənləşdirib
Türkiyə təmsilçisi “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Ştutqart”la keçirilən oyunun ilk 15 dəqiqəsində dubl edib.
Sportify.az “Opta Sports”a istinadla xəbər verir ki, 21 yaşlı rusiyalı futbolçu Çempionlar Liqası tarixində matçın ilk 15 dəqiqəsində iki qol vuran ən gənc ikinci oyunçu olub.
Bu göstəricidə yalnız 2019-cu ildə “Real Madrid”in heyətində 18 yaşında dubl edən Rodriqo Batrakovdan irəlidədir.
Bundan başqa, rusiyalı yarımmüdafiəçi Çempionlar Liqası tarixində Rusiya futbolçuları və “Qalatasaray”ın oyunçuları arasında ən sürətli dubl müəllifi olub.



No Comment! Be the first one.