Azərbaycan – Çexiya matçının hakimləri müəyyənləşdi
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin keçirəcəyi ilk ev oyununun hakim təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, noyabrın 5-də Lənkəran Olimpiya İdman Kompleksində Çexiya yığmasına qarşı keçiriləcək görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan – Çexiya
DÇ-2028. Əsas mərhələ. XII qrup
5 noyabr. Lənkəran OİK. Saat 16:00
Hakimlər: Chiara Perona, Martina Pikkolo, Simone Zanfino
(Hamısı İtaliyadandır)
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)



No Comment! Be the first one.