"Sabah"ın baş məşqçisindən məğlubiyyət şərhi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakı təmsilçisi “Sabah” bu gün 4-cü tur oyununu keçirib.
Sportify.az xəbər verir ki, Azərbaycan çempionu Norveçdə “Vikinq”in qonağı olub. Matç “Sabah”ın 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:
“Çempionlar Liqasında hər qarşılaşma öz çətinliyi ilə seçilir. Biz Norveçə ciddi hazırlıq keçərək gəlmişdik. İlk hissədə meydanda bərabər səviyyəli mübarizə getdi və hər iki komanda yaratdığı qol imkanlarından istifadə etməyi bacardı. Fasilədən sonra isə oyun daha açıq xarakter aldı. Rəqib xüsusilə təkbətək mübarizələrdə üstünlük nümayiş etdirdi. Bu səviyyəli qarşılaşmalarda oyunun sürətinə və tempinə uyğunlaşmaq olduqca vacibdir.
Təəssüf ki, qapımızda gördüyümüz qol sonda məğlubiyyətimizə səbəb oldu. Halbuki, azlıqda qalmağımıza baxmayaraq, meydanda yaxşı mübarizə aparırdıq. Daha əvvəl də qeyd etdiyim kimi, Çempionlar Liqasında rəqabət səviyyəsi tamamilə fərqlidir. Bu cür qarşılaşmalarda ən kiçik səhv belə qolla nəticələnə bilər”.



No Comment! Be the first one.