"Sabah"ın legioneri: Nəticə çıxarmalıyıq
“Bilirdik ki, bizim üçün çətin oyun olacaq və elə də oldu”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Kristian Nvaçukvu Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının IV tur matçından sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Nigeriyalı yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini bildirib: “Rəqibin qol imkanları var idi və onlardan yararlandı. Bizim də fürsətlərimiz oldu, amma hamısını qola çevirə bilmədik. Onlar isə imkanlarından maksimum istifadə etdilər. Bu təcrübədən nəsə qazandıq və ondan nəticə çıxarmalıyıq”.
21 yaşlı vinger indi noyabrın 25-də evdə İspaniya “Barselona”sına qarşı keçirəcəkləri növbəti oyuna köklənəcəklərini diqqətə çatdırıb: “Vikinq”lə matçın videoyazısına baxacaq, səhvlərimizi təhlil edəcək və onları düzəltməyə çalışacağıq. Daha sonra növbəti qarşılaşmaya hazırlaşacağıq”.



No Comment! Be the first one.